Cümə, 19 Dekabr, 2025
Tarix: 19 Dec 2025 12:27
2025-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan 807 milyon 475.9 min ABŞ dolları dəyərində 762.3 min ton meyvə-tərəvəz ixrac edilib.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 28.6% və ya 179.5 milyon dollar, həcmi isə 25% və ya 152.2 min ton artıb. 2024-cü ilin ilk 11 ayında Azərbaycan 628 milyon ABŞ dolları dəyərində 610 min ton meyvə-tərəvəz ixrac edib.
Qeyd edək ki, hesabat dövründə əsas ixrac olunan meyvə-tərəvəz məhsulları 175,5 milyon dollar dəyərində pomidor (158.3 min ton), 150.5 milyon dollar dəyərində meşə fındığı (17.4 min ton), 107.7 milyon dollar dəyərində xurma (145.9 min ton), 65.9 milyon dollar dəyərində alma (93.9 min ton ), 31.4 milyon dollar dəyərində nar ( 32.1 min ton), 28.3 milyon dollar dəyərində kartof (71 min ton) olub.
Xatırladaq ki, cari ilin yanvar-noyabr aylarında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 3.45%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 24.34%-ə bərabər olub.
Şükran Məmmədov Meyvə-tərəvəz ixracı Qeyri-neft ixracı Pomidor ixracı Xurma ixracı Kartof ixracı Alma ixracı Azərbaycan yeddi ayda meyvə-tərəvəz ixracından gəlirləri g