Cümə, 19 Dekabr, 2025
Tarix: 19 Dec 2025 12:27
Bu ilin yanvar-noyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 1,9 milyon nəfər olub.
Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6% azdır.
Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı 20,5 faiz, İrana gedənlərin sayı 6,8 faiz artmış, Rusiya Federasiyasına gedənlərin sayı 31,8 faiz, Türkiyəyə gedənlərin sayı isə 2,0 faiz azalıb. Azərbaycan Respublikası vətəndaşlarının 41,6 faizi Türkiyəyə, 14,4 faizi Rusiya Federasiyasına, 10,8 faizi Gürcüstana, 9,5 faizi İrana, 23,7 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 63,6 faizini kişilər, 36,4 faizini qadınlar təşkil edib.
2025-ci ilin yanvar-noyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 69,9 faizi hava, 28,2 faizi dəmir yolu və avtomobil, 1,9 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Əşrəf Mehdiyev turist gediş statistika