Parlament Azərbaycan və Türkiyə arasında təhsillə əlaqədar əlavə protokolları təsdiqləyəcək

Tarix: 19 Dec 2025 17:14

Azərbaycan və Türkiyə arasında təhsil sahəsində və peşə təhsili sahəsində əməkdaşlıqla bağlı əlavə protokollar təsdiq olunacaq.

APA xəbər verir ki, bu, Milli Məclisin 23 dekabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Beləliklə, aşağıdakı əlavə protokollar təsdiqlənəcək:

- Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 31 oktyabr tarixli Sazişə Əlavə Protokol”un təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

-“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair 2021-ci il 19 fevral tarixli Protokola Əlavə Protokol”un təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

Firuzə Vahid Parlament Azərbaycan Türkiyə təhsil əlavə protokollar

Xəbər Lenti