Şənbə, 20 Dekabr, 2025
Tarix: 20 Dec 2025 18:43
Son 12 ayda Azərbaycan və Böyük Britaniya arasında ticarətin həcmi 888 milyon funt-sterlinq təşkil edib.
APA Böyük Britaniya parlamentinin saytına istinadən xəbər verir ki, bunu Britaniya Parlamentinin Aşağı Palatasının üzvü və Britaniya-Azərbaycan dostluq üzrə parlamentlərarası qrupun rəhbəri Bob Blakmen bildirib.
O qeyd edib ki, iki ölkə arasında ticarətin həcminin daha da artırılması nəzərdə tutulub: "Mən şadam ki, Azərbaycan üzrə bütün partiyaları əhatə edən parlament qrupununda islahat aparmışıq və ticarətimizin artırılmasını planlaşdırırıq. Hansı ki, son 12 ay ərzində 888 milyon funt sterlinq təşkil edib".
Toğrul Quluzadə Azərbaycan Böyük Britaniya