Bazar ertəsi, 22 Dekabr, 2025
Tarix: 22 Dec 2025 11:26
"Bakı Metropoliteni" QSC 2024-cü ili 139 milyon 616 min manat zərərlə başa vurub.
“APA-Economics” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 81,6 % çoxdur.
Ötən il "Bakı Metropoliteni"nin sərnişindaşımadan gəlirləri 20.6% artaraq 100 milyon 647 min manat, Hökumət subsidiyalarından gəliri 30.2% 50 milyon manat, digər gəlirləri isə 4.4% azalaraq 5 milyon manat təşkil edib.
Beləliklə "Bakı Metropoliteni" QSC-nin yığılmış zərəri 4,7 % artaraq 3 milyard 109,540 milyon manata çatıb.
Bu il yanvarın 1-nə "Bakı Metropoliteni"nin aktivləri 418 milyon 818 min manat olub ki, bu da illik müqayisədə 1 % çoxdur. Hesabat dövründə metronun öhdəlikləri 34 % artaraq 33 milyon 287 min manata yüksəlib, balans kapitalı isə 1,1 % azalaraq 385 milyon 531 min manata enib.
Hesabatda qeyd edilib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə 1 oktyabr 2025-ci il tarixindən etibarən sərnişindaşıma tarifinin 50 qəpikdən 60 qəpiyə qaldırılması təsdiq edilib.
APA-Economics "Bakı Metropoliteni"