Növbəti köç karvanları Ağdərə və Xocalının kəndlərinə çatıb, açarlar təqdim olunub- FOTO - YENİLƏNİB-1

Tarix: 22 Dec 2025 14:22

Bu gün Xocalı və Ağdərənin kəndlərinə 176 nəfər köçürülüb.

https://t.me/apa_az/110777

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-nın Qarabağ bürosuna verilən xəbərə görə, dekabrın 22-də Xocalının Badara kəndinə 66 nəfərdən ibarət 15 ailə, Daşbulaq kəndinə 11 nəfərdən ibarət 4 ailə, Ağdərənin Həsənriz kəndinə 54, Kolatağ kəndinə 31, Vəngli kəndinə isə 14 nəfər qayıdıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev onlara açarları təqdim edib. Bildirilib ki, bu gün təqdim olunan açarlar, təkcə evlərin deyil, illərdir gözlənilən qayıdışın rəmzidir.

M. Əfəndiyev bildirib ki, dövlət bütün imkanları ilə sakinlərin yanındadır və bu torpaqlarda rahat, təhlükəsiz yaşayış üçün bütün zəruri infrastruktur yaradılıb. Yaşayış evləri bərpa olunub, elektrik, qaz, içməli su, yol və rabitə xətləri istifadəyə verilib. Köçən ailələrin məşğulluq məsələsi isə daim diqqət mərkəzindədir.

***

13.30

Növbəti köç karvanları Ağdərə rayonunun Həsənriz, Vəngli və Kolatağ kəndlərinə, Xocalı rayonunun Daşbulaq və Badara kəndlərinə yola çatıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Ağdərə rayonunun Vəngli kəndinə 6 ailə - 14 nəfər, Kolatağ kəndinə 7 ailə - 31 nəfər, Xocalı rayonunun Daşbulaq kəndinə 4 ailə - 11 nəfər, Badara kəndinə isə 15 ailə - 66 nəfər köçürülüb.

***

12.36

Ağdərə rayonunun Həsənriz, Vəngli və Kolatağ kəndlərinə, eləcə də Xocalı rayonunun Daşbulaq və Badara kəndlərinə növbəti köç karvanları yola salınıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Ağdərə rayonunun Vəngli kəndinə 6 ailə - 14 nəfər, Kolatağ kəndinə 7 ailə - 31 nəfər, Xocalı rayonunun Daşbulaq kəndinə 4 ailə - 11 nəfər, Badara kəndinə isə 15 ailə - 66 nəfər Ağdam rayonu ərazisindən yola salınıb.

Köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Elgün Gəncimsoy Ağdərə Xocalı köç karvanları

Xəbər Lenti