Bazar ertəsi, 22 Dekabr, 2025
Tarix: 22 Dec 2025 13:48
Azərbaycan Hesablama Palatasının sədr müavini Nəsir Sadıqovun rəhbərlik etdiyi nümayəndə heyəti Ali Audit Orqanlarının (AAO) Beynəlxalq Təşkilatının İnkişaf Təşəbbüsünün (INTOSAI IDI) “Ali Audit Orqanlarının Qlobal Hesabatlılıq Təşəbbüsü” layihəsi çərçivəsində Rəhbər Komitənin yekun iclasında iştirak edib.
“APA-Economics” xəbər verir ki, iclasda Tacikistan Respublikasının Hesablama Palatasının, Azərbaycan Respublikası Hesablama Palatasının, Gürcüstan Dövlət Audit Xidmətinin nümayəndələri, eləcə də layihənin tərəfdaş qurumları olan IDI və CIPFA-nın təmsilçiləri iştirak ediblər.
Gündəliyə uyğun olaraq iclas Tacikistan Respublikasının Hesablama Palatasının sədrinin açılış nitqi ilə başlayıb və gündəlik təsdiqlənib.
Azərbaycan Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov GSAI layihəsi çərçivəsində Palata tərəfindən görülmüş işlərə toxunub. O bildirib ki, 2023–2024-cü illərdə Palata tərəfindən Tacikistan Respublikasının Hesablama Palatasında SAI PMF qiymətləndirilməsi aparılıb və qiymətləndirmənin nəticələrinə əsasən strateji plan, əməliyyat planı və monitorinq çərçivəsinin hazırlanması üzrə tövsiyələr təqdim edilib.
N.Sadıqov vurğulayıb ki, Hesablama Palatası layihənin uğurla başa çatdırılması məqsədilə tərəfdaş qurumlarla əməkdaşlığı davam etdirəcək.
İclas çərçivəsində tərəfdaş qurumlar tərəfindən layihənin icrası ilə bağlı qısa məlumatlar təqdim olunub. Təqdimatlarda 2025-ci il üzrə nəticələr, əldə olunmuş nailiyyətlər və mövcud risklər diqqətə çatdırılıb.
Müzakirələr zamanı tərəfdaş qurumlar arasında əməkdaşlığın səmərəliliyi və layihənin institusional potensialın gücləndirilməsinə verdiyi töhfə xüsusi vurğulanıb.
APA-Economics Hesablama Palatası INTOSAI AAO