Çərşənbə axşamı, 23 Dekabr, 2025
Tarix: 23 Dec 2025 05:02
Prezident Donald Tramp ABŞ-ın Qrenlandiyaya təbii sərvətlərinə nəzarət etmək üçün deyil, milli təhlükəsizlik üçün ehtiyacı olduğunu deyib.
APA xəbər verir ki, Tramp bu barədə Florida ştatının Vest Palm Biç yaxınlığındakı Mar-a-Laqo malikanəsində jurnalistlərlə söhbəti zamanı danışıb.
"Bizə Qrenlandiya milli təhlükəsizlik üçün lazımdır. Minerallar üçün yox. Bizim çoxlu mineral yataqlarımız və neftimiz var! Dünyanın hər hansı digər ölkəsindən daha çox neftimiz var. Milli təhlükəsizlik üçün Qrenlandiyaya ehtiyacımız var. Qrenlandiyaya baxsanız, sahil boyunca hər yerdə Rusiya və Çin gəmilərini görürsünüz. Ora bizə milli təhlükəsizlik üçün lazımdır. Biz oraya sahib olmalıyıq", - o deyib.