Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarə Texasda qəzaya uğrayıb, ölənlər var

Tarix: 23 Dec 2025 07:40

Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarə Texas ştatının Qalveston şəhəri yaxınlığında qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə Meksika Hərbi Dəniz Qüvvələrinin Mətbuat Xidməti məlumat yayıb.

"Miçou y Mau Fondu ilə koordinasiyalı şəkildə tibbi dəstək missiyası həyata keçirən təyyarəmiz Texas ştatının Qalveston şəhəri yaxınlığında yaxınlaşarkən qəzaya uğrayıb", - məlumatda deyilir.

Qəzaya dumanın səbəb olduğu bildirilir.

Hadisədən sonra ABŞ Sahil Mühafizəsi ilə koordinasiyalı şəkildə axtarış və xilasetmə protokolları dərhal aktivləşdirilib. İndiyə qədər təyyarədə olan altı nəfər tapılıb, onlardan dördü sağdır, ikisinin isə öldüyü təsdiqlənib.

Hərbi Dəniz Qüvvələrinin məlumatına görə ANX-1209 quyruq nömrəli “King Air” təyyarəsində səkkiz nəfər olub. Onlardan dördü Hərbi Dəniz Qüvvələrinin əməkdaşı, dördü mülki şəxs, o cümlədən yanıqlar üçün müalicəyə ehtiyacı olan bir uşaq olub. Təyyarə “Michou y Mau” fondu ilə koordinasiyalı şəkildə humanitar tibbi təxliyə missiyası həyata keçirib.

Qəzanın səbəbi ilə bağlı araşdırma başlanılıb.

Xəbər Lenti