Çərşənbə axşamı, 23 Dekabr, 2025
Tarix: 23 Dec 2025 08:47
ABŞ ordusu Sakit Okeanın şərqində beynəlxalq sularda narkotik kartelləri tərəfindən istifadə edildiyini güman etdiyi daha bir gəmiyə zərbə endirib.
APA xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı məlumat yayıb.
"Kəşfiyyat məlumatları gizli gəminin Sakit Okeanın şərqində məlum narkotik qaçaqmalçılığı marşrutu boyunca hərəkət etdiyini və narkotik ticarəti üçün istifadə edildiyini təsdiqləyib", - açıqlamada deyilir.
Komandanlıq həmçinin zərbə nəticəsində bir nəfərin öldüyünü təsdiqləyib.