Qubanın bəzi ərazilərində bu gün elektrik enerjisi olmayacaq

Tarix: 23 Dec 2025 11:06

Qubanın bəzi ərazilərində bu gün elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan "APA-Economics"ə verilən məlumata görə, dekabrın 23-də Quba Elektrik Şəbəkəsinin (EŞ) ərazisində həyata keçirilən təmir işləri ilə əlaqədar 110/35/10 kV-luq “Quba” yarımstansiyasından çıxan 35 kV-luq “Quba-1” hava xətti və 10 kV-luq bölmə sifarişə əsasən açılacaq.

"Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək Qəçrəş yolu yaşayış massivi, Çiçi, Dəlləkli, Dağlı kəndləri, Qırmızı Qəsəbə, Quba şəhəri Fətəli xan küçəsi, şəhərinin yuxarı ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunur.

Emil İsmayılov elektrik enerjisi işıq

Xəbər Lenti