Çərşənbə axşamı, 23 Dekabr, 2025
Tarix: 23 Dec 2025 13:42
Rusiya ordusu bu səhər Ukrayna müdafiə sənayesi müəssisələrinə və onunla əlaqəli enerji obyektlərinə genişmiqyaslı raket hücumu həyata keçirib.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hücum “Ukrayna Silahlı Qüvvələrinin Rusiya Federasiyasındakı mülki hədəflərə hücumlarına cavab olaraq” həyata keçirilib.
Qeyd olunub ki, genişmiqyaslı hücum zamanı “Kinjal” hipersəsli qanadlı raketlərdən də istifadə olunub
Rusiya MN hücumun məqsədlərinə nail olunduğunu, təyin olunmuş bütün hədəflərin vurulduğunu açıqlayıb.
Bundan əlavə, Rusiya Müdafiə Nazirliyi ordunun Ukraynanın Dnepropetrovsk vilayətinin Andreevka və Xarkov vilayətinin Prilipka yaşayış məntəqələrini ələ keçirdiyini da açıqlayıb.
Fərid Əkbərov Rusiya MN “Kinjal” raketləri