Gürcü spiker: NATO-nun “açıq qapı” siyasəti yalan ümidə çevrilib

Tarix: 23 Dec 2025 13:38

NATO-nun “açıq qapı” siyasəti yalan ümidə çevrilib.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili brifinqdə deyib.

O qeyd edib ki, Alyans istəsəydi Finlyandiya və İsveç kimi üzvləri bir ay ərzində qəbul edə bilərdi.

“Görünən odur ki, bu istək bizə qarşı ciddi olmayıb. NATO-nun “açıq qapı” siyasəti heç də “açıq qapı” siyasəti deyildi. Bu siyasət bütün xalqlara sadəcə yalan ümidlər verməkdən ibarətdir”, - spiker əlavə edib.

Papuaşvilinin sözlərinə görə, Gürcüstan NATO-ya üzvlük məsələsinə ciddi yanaşdığını göstərmək üçün əlindən gələni edib:

“Əvəzində biz NATO-ya qəbul edilməməyimizin səbəblərinin və bəhanələrinin daimi axtarışı ilə üzləşdik. Gürcüstan NATO-ya üzvlük kriteriyalarına həm hərbi uyğunluq, həm də institusional inkişaf baxımından hər cəhətdən cavab verirdi”.

Cəmilə Babayeva Gürcüstan Papuaşvili NATO

Xəbər Lenti