Cəlilabadda 2 avtomobil toqquşub, xəsarət alanlar var

Tarix: 23 Dec 2025 13:22

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Cəlilabad rayonunun Albalan kəndi ərazisində qeydə alınıb. “Chevrolet Niva” markalı avtomobillə “VAZ 2107” markalı avtomobil toqquşub.

Qəzada xəsarət alan 2 nəfər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. “Chevrolet Niva” markalı avtomobilin Cəlilabad rayonunun Saatlı kənd sakini, xanəndə Füzuli Salmanova məxsus olduğu bildirilir. Onun ailə üzvləri də avtomobildə olub.

Faktla bağlı araşdırma aparılır.

İlkin Rzayev Cəlilabad yol qəzası xəsarət

Xəbər Lenti