Azərbaycan və ABŞ arasında enerji sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

Tarix: 23 Dec 2025 15:30

Energetika naziri Pərviz Şahbazov ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon ilə enerji layihələrini müzakirə ediblər.

“APA-Economics” xəbər verir ki, bununla bağlı energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsində paylaşım edib.

“ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon ilə Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində enerji layihələri və əməkdaşlıq perspektivləri, həmçinin Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) təşəbbüsü ilə bağlı səmərəli müzakirələr apardıq”, - məlumatda qeyd olunur.

Emil İsmayılov Azərbaycan Pərviz Şahbazov ABŞ TRIPP

Xəbər Lenti