Almaniya XİN rəhbəri: Rusiya Ukrayna ilə müharibədən sonra NATO ölkələrinə hücum edə bilər

Tarix: 23 Dec 2025 15:14

Rusiya Ukrayna ilə sülh müqaviləsi imzaladıqdan sonra NATO ölkələrindən birinə hücum edə bilər.

APA xəbər verir ki, bu barədə Almaniyanın xarici İşlər naziri Yohann Vadeful “Die Zeit”ə müsahibəsində deyib.

Vadeful Ukraynada atəşkəs danışıqları fonunda Qərbdən, xüsusilə ABŞ-dan ciddi təhlükəsizlik zəmanətlərinin vacibliyini vurğulayıb.

“Bu, əlbəttə ki, Rusiyanın yenidən hücum etməsi halında Ukraynaya dəstək vəd edən tərəflərin öhdəliklərini və həqiqi hazırlığını tələb edir,” – nazir bildirib.

O qeyd edib ki, Ukrayna yalnız təkrar hücum təhlükəsinə qarşı etibarlı qoruyucu mexanizmlər mövcud olduqda ərazi güzəştlərini müzakirə edə bilər.

Nazirin fikrincə, Avropa ölkələri də gələcək təhlükəsizlik strukturlarına qoşulmalıdır, lakin konkret addımlar yalnız atəşkəs sazişi imzalandıqdan sonra müəyyən ediləcək.

İlqar Xudiyev Almaniya Rusiya Ukrayna NATO təhlükəsizlik zəmanətləri

Xəbər Lenti