Gəncədə avtomobil anidən yandı - Video

Tarix: 04 Jan 2024 22:17

Gəncədə yanğın hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin Tağı Arani küçəsində qeydə alınıb.

Belə ki, BMW markalı minik avtomobili hərəkətdə olan zaman anidən yanmağa başlayıb. Hadisə yerinə FHN-in Gəncə şəhər Yanğından mühafizə idarəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Avtomobil yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisənin başvermə səbəbləri araşdırılır.

Yunis Quliyev

Xəbər Lenti