Monteneqro Türkiyə vətəndaşları üçün vizasız səyahətə yenidən icazə verəcək

Tarix: 23 Dec 2025 17:13

Monteneqro Türkiyə vətəndaşları üçün vizasız səyahətin tətbiqinə yenidən icazə verəcək.

APA-nın Türkiyə bürosu yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr məlumat yayıb.

Nazirlik Monteneqronun Türkiyə vətəndaşlarının ölkəyə vizasız şəkildə girişinə yenidən icazə verəcəyini açıqlayıb.

Bildirilib ki, tətbiq bu həftə ərzində qüvvəyə minəcək.

Qeyd edək ki, Monteneqro oktyabr ayından etibarən Türkiyə vətəndaşları üçün vizasız səyahəti ləğv edib. Türkiyə və Azərbaycan vətəndaşlarının da daxil olduğu bir qrup turistin insidentə qarışmasından sonra iki ölkə arasında diplomatik münasibətlərdə problem yaranmışdı.

Dəryanur Cəfərova Monteneqro Türkiyə vətəndaşları

Xəbər Lenti