Çərşənbə axşamı, 23 Dekabr, 2025
Tarix: 23 Dec 2025 16:57
Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS ISO 50006:2025 “Enerji menecmenti sistemləri - Enerji səmərəlilik göstəriciləri və cari enerji göstəricilərindən istifadə edərək enerji səmərələliyinin qiymətləndirilməsi”, AZS ISO/PAS 50010:2025 “Enerji menecmenti və enerjiyə qənaət – ISO 50001 enerji menecmenti sistemindən istifadə etməklə əməliyyatlarda xalis sıfır əldə olunması üçün rəhbərlik” dövlət standartlarını qəbul edib.
Bu barədə "APA-Economics"ə AZSTAND-dan bildirilib.
Qeyd edilib ki, sözügedən standartların qəbulu müəssisələrin enerji istifadəsi izləmələrinə, enerji performans göstəricilərinin qiymətləndirilməsinə və enerjiyə qənaət strategiyalarının həyata keçirilməsinə töhfə verəcək. Nəticədə yerli müəssisələr enerji səmərəliliyi sahəsində beynəlxalq bazarda rəqabət üstünlüyünə malik olacaqlar.
Qeyd edək ki, yeni dövlət standartları Azərbaycan Respublikasının Energetika Nazirliyinin sədrlik etdiyi “Elektroenergetika və bərpa olunan enerji” standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 46) tərəfindən təqdim edilib və AZSTAND tərəfindən qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Əşrəf Mehdiyev enerji standart