Nyu-York metrosunda qatarlar toqquşub, 24 nəfər xəsarət alıb

Tarix: 05 Jan 2024 03:02

Nyu-York metrosunda qatarlar toqquşub.

APA xəbər verir ki, bu barədə şəhər yanğınsöndürmə xidmətinin sözçüsü Yan Svords məlumat verib.

Hadisə nəticəsində 24 nəfər xəsarət alıb.

Xidməti və sərnişin qatarlarının toqquşması nəticəsində sərnişin qatarının birinci vaqonu relsdən çıxıb.

Xəbər Lenti