Cümə axşamı, 8 Yanvar, 2026
Tarix: 05 Jan 2024 05:26
ABŞ dövlət katibi Entoni Blinken İsveçin xarici işlər naziri Tobias Billström ilə telefon danışığı aparıb.
APA xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Blinken Vaşinqtonun İsveçin NATO-ya qəbulu ilə bağlı sənədlərin dərhal ratifikasiyasına dəstəyini ifadə edib.
Dövlət katibi dekabr ayında iki ölkə arasında müdafiə tərəfdaşlığı sazişinin imzalandığını təsdiqləyib.
Blinken vurğulayıb ki, İsveçin NATO-ya daxil olması bütün müttəfiqlərə fayda verə bilər.