Çərşənbə, 24 Dekabr, 2025
Tarix: 23 Dec 2025 22:38
Qərb ölkələri Ukrayna üzrə sülh sazişinin əldə olunmasına və silahlı münaqişənin dayandırılmasına aktiv şəkildə mane olur. APA xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Pos TV telekanalına müsahibəsində bildirib.
“Əgər Ukrayna üzrə sülh sazişinə kimsə mane olursa, bu, avropalılardır. Bu mövzuda amerikalıların açıqlamalarını da görürük”, – deyə Papuashvili vurğulayıb.
Spiker əlavə edib ki, Rusiyanın heç kimə hücum etməyi planlaşdırmadığını bəyan etdiyi bir vaxtda Avropa ölkələrinin müharibəyə hazırlaşmasının səbəbini anlamır.