Çərşənbə, 24 Dekabr, 2025
Tarix: 23 Dec 2025 23:24
Macarıstan hökuməti Avropa İttifaqının Rusiya nefti və qazının tədarükünə qoyduğu qadağanın ya məhkəmə qərarı ilə ləğv ediləcəyinə, ya da Ukrayna münaqişəsinin nizamlanması və Rusiyaya qarşı sanksiyaların aradan qaldırılması nəticəsində qüvvədən düşəcəyinə ümid edir.
APA xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Macarıstanın Baş nazirinin aparat rəhbəri Gergeli Qulyas bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqının qəbul etdiyi qərara əsasən, 2027-ci il oktyabrın 1-dən etibarən Macarıstan kimi ölkələrin malik olduğu uzunmüddətli müqavilələr daxil olmaqla, Rusiya qazının alınması qadağan olunmalıdır.
“Biz bu qərarı məhkəmədə mübahisələndirəcəyik. Çünki daha əvvəl vurğulanmışdı ki, belə bir qərar yalnız Aİ-yə üzv bütün ölkələrin yekdil razılığı ilə qəbul edilə bilər”, – deyə Qulyas qeyd edib.