Türkiyə DİN: Qəzaya düşən təyyarənin qalıqları Haymana rayonunda tapılıb - YENİLƏNİB

Tarix: 24 Dec 2025 00:16

Ankaranın Esenboğa Hava Limanından Tripoliyə uçan təyyarənin qalıqları Haymana rayonunun Kesikkavak kəndindən 2 kilometr cənubda hadisə yerinə ezam olunmuş axtarış-xilasetmə heyəti tərəfindən aşkarlanıb. APA xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib. *** 23:18 Bu axşam saat 20:10-da Ankaranın Esenboğa Hava Limanından Tripoliyə uçan, quyruq nömrəsi 9H-DFJ olan Falcon-50 tipli biznes jeti ilə saat 20:52 radələrində əlaqə kəsilib. APA xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya paylaşım edib.

Məlumata görə, təyyarədən Haymana ətrafında təcili eniş barədə bildiriş daxil olub. Lakin bundan sonra hava gəmisi ilə yenidən əlaqə yaratmaq mümkün olmayıb.

Bildirilib ki, təyyarədə Liviyanın Baş Qərargah rəisi, general-polkovnik Məhəmməd Əli Əhməd əl-Həddad da daxil olmaqla beş sərnişin olub.

Rəsmi qurumların araşdırması davam edir, əlavə məlumat gözlənilir.

Dəryanur Cəfərova

Xəbər Lenti