Liviyada ölkənin Baş Qərargah rəisinin təyyarə qəzasında ölümü ilə əlaqədar üçgünlük matəm elan edilib

Tarix: 24 Dec 2025 01:25

Liviyanın Tripolidə yerləşən Milli Birlik Hökuməti (MBH) Türkiyədə baş vermiş aviaqəza nəticəsində ölkənin qərbindəki Silahlı Qüvvələrin Baş Qərargah rəisi Məhəmməd əl-Həddadın həlak olması ilə əlaqədar üçgünlük matəm elan edib.

APA xəbər verir ki, bu barədə Liviyanın Libya al-Ahrar telekanalı məlumat yayıb.

Məlumata görə, matəm ölkə ərazisinin tamamında qüvvədə olacaq.

Xəbər Lenti