Saatlıda 89 yaşlı qadın və 92 yaşlı kişi dəm qazından boğularaq ölüblər

Tarix: 24 Dec 2025 09:30

Saatlıda iki nəfər dəm qazından boğularaq ölüb.

APA xəbər verir ki, hadisə rayonun Qara Nuru kəndində baş verib.

Belə ki, 92 yaşlı İbrahim İsmayılov və 89 yaşlı Pəri İsmayılova yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Emin Şirvanzadə dəm qazı Saatlı ölüm

Xəbər Lenti