İranda törədilən terror aktında şübhəli bilinən şəxslər saxlanılıb

Tarix: 05 Jan 2024 17:18

İranın Kirman şəhərində törədilən terror aktında şübhəli bilinən şəxslər saxlanılıb.

APA IRNA-ya istinadən xəbər verir ki, bu barədə İranın daxili işlər naziri Əhməd Vahidi dövlət televiziyasında çıxışında bildirib.

"Ölkəmizin bacarıqlı kəşfiyyat orqanları Kirmandakı terror partlayışlarında iştirak edən elementlərlə bağlı çox yaxşı ipucları tapıb və bu hadisədə rolu olanların bir hissəsi həbs edilib", - o deyib.

İranlı nazir bildirib ki, həbslərin təfərrüatları kəşfiyyat xidmətləri tərəfindən veriləcək.

Xatırladaq ki, yanvarın 3-də İranın Kirman şəhərindəki iki partlayışda 100-ə yaxın şəxs ölüb, 280-dən çox şəxs yaralanıb.

İŞİD terror aktı ilə bağlı məsuliyyəti öz üzərinə götürüb.

Xəbər Lenti