Çərşənbə, 31 Dekabr, 2025
Tarix: 24 Dec 2025 10:57
Ucar-Göyçay yolunda qəza olub, xəsarət alanlar var.
APA-nın yerli bürosunun xəbərinə görə, "VAZ 2106 "markalı minik maşını ilə "VAZ 21011" markalı maşın toqquşub. Nəticədə 4 nəfər - Rasim Novruzov, Şamil Cəbrayılov, Əzizaga Abbasov və Aynur Məhərrəmova xəsarət alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Zahid Abışov Ucar yol qəza





