Ukrayna milyonçusu Qazaxıstanda axtarışa verilib

Tarix: 05 Jan 2024 18:27

Ukrayna milyonçusu Vadim Maşurov Qazaxıstanda axtarışa verilib.

APA-nın Mərkəzi Asiya bürosu xəbər verir ki, bu barədə məlumat statistika orqanlarının portalında yerləşdirilib. Bildirilib ki, milyonçu Ukraynada qəsb, avtomobil və adam oğurluğu maddələri üzrə ittiham olunur. Axtarışın təşəbbüskarı Maliyyə Monitorinqi agentliyidir.

Qeyd edək ki, Vadim Maşurov "S-Group" piramidasının yaradıcılarından biridir.

Əhməd Əkbərov

Xəbər Lenti