Çərşənbə, 24 Dekabr, 2025
Tarix: 24 Dec 2025 13:15
Saatlıda ər-arvadın ölüm faktı ilə bağlı araşdırma aparılır.
APA-nın əldə etdiyi məlumata görə, Qara Nuru kəndində 92 yaşlı İbrahim İsmayılov və onun 89 yaşlı arvadı Pəri İsmayılovanın dəm qazından boğulduğu ehtimal olunsa da, ölümün səbəbi kimi başqa versiyalarla bağlı da araşdırma gedir.
***
09.30
Saatlıda ər və arvad dəm qazından boğularaq ölüb.
APA xəbər verir ki, hadisə rayonun Qara Nuru kəndində baş verib.
Belə ki, 92 yaşlı İbrahim İsmayılov və 89 yaşlı Pəri İsmayılova yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.
Emin Şirvanzadə dəm qazı Saatlı ölüm