Kreml Dmitriyevin Mayamidən hansı sənədləri gətirdiyini mətbuata açıqlamağı məqsədəuyğun hesab etmir

Tarix: 24 Dec 2025 13:59

Kirill Dmitriyev artıq Putinə Mayamiyə səfərinin bütün nüansları barədə ətraflı məlumat verib.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O qeyd edib ki, Kreml Dmitriyevin Mayamidən hansı sənədləri gətirdiyini mətbuata açıqlamağı məqsədəuyğun hesab etmir.

Qeyd edək ki, Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev ötən həftə sonu ABŞ-a səfər edib. Mayamidə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerlə Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanmasını müzakirə edib.

Fərid Əkbərov Rusiya Kirill Dmitriyev ABŞ Mayami Donald Tramp Ukrayna

Xəbər Lenti