Çərşənbə, 24 Dekabr, 2025
Tarix: 24 Dec 2025 15:35
Zərdabda pirotexniki vasitələr satan şəxslər müəyyən olunub.
APA-nın yerli bürosunun xəbərinə görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə gizli şəkildə pirotexniki vasitələrin satışını təşkil edən Y.Muradov, E.Qoçayev və V.Nəbizadə saxlanılıblar. Həmin şəxslərdən müxtəlif növ pirotexniki və tezalışan vasitələr aşkarlanaraq götürülüb.
Şöbə əməkdaşları tərəfindən adıçəkilən şəxslər barəsində protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Zahid Abışov Zərdab pirotexniki vasitələr