Rusiya ordusunun Xarkova raket zərbəsi nəticəsində 1 nəfər ölüb, 13 yaralı var

Tarix: 24 Dec 2025 15:02

Rusiya ordusunun Xarkovun yaxınlığında yerləşən İstilik-Elektrik Stansiyasına endirdiyi raket zərbəsi nəticəsində bir nəfər ölüb, 13 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə UNN Xarkovun meri İqor Terexova istinadən məlumat yayıb.

Merin sözlərinə görə, bütün yaralılar xəstəxanaya yerləşdirilib, tibb işçiləri onlara zəruri yardım göstərirlər.

Qeyd edilib ki, hücum şəhərdə elektrik gərginliyinin ciddi şəkildə azalmasına səbəb olub ki, bu da istilik təchizatına və şəhər nəqliyyatının fəaliyyətinə təsir göstərib.

İlqar Xudiyev Rusiya Xarkova raket zərbəsi Ukrayna

Xəbər Lenti