Çərşənbə, 24 Dekabr, 2025
Tarix: 24 Dec 2025 16:40
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava ərazisində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
APA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında bildirilib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
***
15.57
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava ərazisində fərdi yaşayış evində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb edilib.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Alatava yanğın





