Çərşənbə, 24 Dekabr, 2025
Tarix: 24 Dec 2025 16:31
Naxçıvan Muxtar Respublikasında Amnistiya aktının icrasının davamı olaraq probasiya nəzarətində olan 95 nəfər şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalardan azad edilib.
APA xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İcra və probasiya xidmətinin əməkdaşları ilə yanaşı, MR Ali Məclisinin Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev, Naxçıvan Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar şöbəsinin rəisi, baş ədliyyə müşaviri İsfəndiyar Qasımov, Naxçıvan Ombudsman Aparatının baş məsləhətçisi Həsən Həsənov da iştirak ediblər.
Çıxışlar zamanı Amnistiya aktının əhəmiyyəti, Prezident İlham Əliyevin bu humanist addımının neçə-neçə ailəyə sevinc gətirdiyi, habelə məhkumlara normal həyata qayıtmaları üçün bir şans verildiyi vurğulanıb.
Məhkumlar dövlət başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər, bundan sonra qanunlara dönmədən əməl edəcəklərinə, cəmiyyətin inkişafına töhfə verəcəklərinə söz veriblər.
Ceyhun Məmmədov Naxçıvan Amnistiya aktı probasiya