Ermənistanda parlament seçkilərinin mümkün tarixi açıqlanıb

Tarix: 24 Dec 2025 16:05

Ermənistanda parlament seçkiləri Konstitusiyaya uyğun olaraq 2 iyun – 12 iyun 2026 tarixləri arasında keçirilə bilər.

APA “Newsarmenia”ya istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Vaaqn Ovakimyan məlumat verib.

“Seçki gününü ölkə prezidenti təyin edir, amma hələ fərman verilməyib. Hamı bu tarixlərdə yeganə bazar günü olduğu üçün 7 iyunu seçkilər günü kimi göstərir”, – Ovakimyan bildirib.

Onun sözlərinə görə, seçkiqabağı kampaniyanın maliyyə şəffaflığı da daxil olmaqla monitorinqi və nəzarəti həyata keçiriləcək.

İlqar Xudiyev Ermənistan parlament seçkiləri

Xəbər Lenti