Çərşənbə, 24 Dekabr, 2025
Tarix: 24 Dec 2025 15:51
Fransız hərbçilər Donbasın Ukraynanın nəzarətində olan ərazilərində pilotsuz uçuş aparatlarının (PUA) idarə edilməsi üzrə təlimlər keçirlər.
APA xəbər verir ki, bu barədə “Paris Match” nəşri fransız hərbçilərin təlimatçısı olan ukraynalı hərbçiyə istinadən məlumat yayıb.
Məlumata görə, dronların buraxılışı Kramatorskun şimalında, “qamışlıq” adlandırılan ərazilərdə həyata keçirilir.
Ukraynalı hərbçi, Maksim adlı PUA operatoru bildirib ki, 2023-cü ildə Fransada — Fransa Xarici Legionunun 2-ci paraşüt alayında təlim keçib. Onun sözlərinə görə, həmin vaxtdan bəri “şagirddən müəllimə çevrilib” və hazırda fransız hərbçilər Donbasa məhz təcrübə mübadiləsi üçün gəlirlər.
Xatırladaq ki, 2024-cü ildə Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski Fransanın hərbi təlimatçılar göndərilməsi barədə razılıq əldə olunduğunu bildirmişdi. Lakin Paris o vaxt Ukrayna ərazisində fransız hərbçilərinin olduğunu təkzib etmiş və döyüşlər davam etdiyi müddətdə qoşun göndərməyəcəyini bəyan etmişdi.
İlqar Xudiyev Fransa hərbiçiləri Donbasda Ukrayna dronlar üzrə təcrübə mübadiləsi