Çərşənbə, 24 Dekabr, 2025
Tarix: 24 Dec 2025 18:05
İsrail növbəti onillikdə hərbi sənayedə digər dövlətlərdən asılılığı azaltmaq üçün 350 milyard şekel (110 milyard dollar) xərcləyəcək.
APA “Al Arabiyya” kanalına istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
“Biz müstəqil olaraq silahlarımızı özümüz təmin etməklə yanaşı lazımi təchizatı da əldə edəcək. Bilmirəm hansısa ölkə bu sahədə tamamilə müstəqil ola bilər, ya yox. Amma biz çalışacağıq ki, silahlarımız mümkün olduğu qədər İsraildə istehsal olunsun” Netanyahu vurğulayıb.
O bildirib ki, İsrail müttəfiqləri də daxil olmaqla başqalarından asılılığı azaltmaq üçün müstəqil müdafiə sənayesi yaradacaq.
Toğrul Quluzadə İsrail Netanyahu müdafiə sənayesi