Zelenski: Çin peyklərinin çəkilişləri Ukraynanın enerji obyektlərinə zərbələrlə üst-üstə düşüb

Tarix: 24 Dec 2025 18:50

Çin peyklərinin Ukrayna ərazisi üzərində apardığı çəkilişlərin Rusiya tərəfindən Ukraynanın enerji infrastrukturu obyektlərinə endirilən zərbələrlə üst-üstə düşməsi halları qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında bildirib.

“Təəssüf ki, Çin peyklərinin Ukrayna ərazisini çəkilişləri ilə Rusiyanın müvafiq enerji obyektlərinə endirdiyi zərbələr arasında uyğunluqlar müşahidə olunub”, – Zelenski vurğulayıb.

Onun sözlərinə görə, bu məlumatı ona Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Oleq İvaşenko təqdim edib. Bildirilib ki, Rusiyanın Çinin kosmik kəşfiyyat məlumatları təqdim edə bilən subyektləri ilə əlaqələri son dövrlər artıb.

Zelenski qeyd edib ki, Ukrayna bu cür halları Rusiyaya müharibəni uzatmağa imkan verən və diplomatik proseslərə xələl gətirən fəaliyyət kimi qiymətləndirir. O əlavə edib ki, bu məsələ ilə bağlı beynəlxalq tərəfdaşlarla müzakirələr aparılacaq.

İlqar Xudiyev Zelenski Rusiya Çinin peyk şəkilləri

Xəbər Lenti