Çərşənbə, 24 Dekabr, 2025
Tarix: 24 Dec 2025 20:46
“Orta Dəhliz yalnız alternativ marşrut deyil, Avropa və Asiya arasında yeni bağlantı standartıdır.”
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkənin dəmir yollarının modernləşdirilməsi layihəsinin açılış mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hökumətin məqsədi Gürcüstanı Orta Dəhlizdə yüklərin sürətli, təhlükəsiz və fasiləsiz hərəkətini təmin edən əsas, etibarlı və əvəzolunmaz bir halqaya çevirməkdir.
“Dəmir yollarının modernləşdirilməsi bu baxışımızın bir hissəsidir. Bu layihə rəqabət qabiliyyətimizi gücləndirir, tranzit potensialını artırır və növbəti illərdə Avropa ilə Asiya arasında daha da artacaq ticarət axınları üçün möhkəm təməl yaradır. Hökumətimizin vəzifəsi son nəticədə Orta Dəhlizi regionda ən etibarlı, təhlükəsiz və səmərəli marşruta çevirməkdir”, - Kobaxidze əlavə edib.
Cəmilə Babayeva