Bolqarıstan Rusiya vətəndaşının ABŞ-a ekstradisiyası təsdiqləyib

Tarix: 24 Dec 2025 20:41

Bolqarıstan məhkəməsi Rusiya vətəndaşı Sergey İvinin ABŞ-a ekstradisiyasını təsdiqləyib.

APA xəbər verir ki, bu barədə Rusiyanın Sofiyadakı səfirliyindən məlumat verilib.

“Sözügedən iş üzrə məhkəmə ittihamın hər iki maddəsi üzrə ekstradisiya tələbinin təmin edilməsi barədə qərar qəbul edib. Vəkil yaxın vaxtlarda apellyasiya üçün sənədlər təqdim etməyi planlaşdırır”, - səfirliyin məlumatında deyilir.

Qeyd edək ki, Rusiya vətəndaşları Oleq Olşanski və Sergey İvin Bolqarıstanda ABŞ-ın sorğusu əsasında həbs olunublar. Rusiya vətəndaşları ABŞ sanksiyalarının pozulması və çirkli pulların yuyulmasında ittiham olunurlar.

Xəbər Lenti