Rusiya MN: HHM Qüvvələri Qara dəniz üzərində PUA hücumuna cəhdi dayandırıb

Tarix: 06 Jan 2024 02:21

Növbətçi hava hücumundan müdafiə sistemləri Qara dənizin qərb hissəsi üzərində Ukrayna Silahlı Qüvvələrinin bütün pilotsuz uçuş aparatlarını ələ keçirib.

APA bu barədə Rusiya Müdafiə Nazirliyinin Telegram kanalına istinadən xəbər verir.

“Yanvarın 5-də Moskva vaxtı ilə saat 20:00 radələrində Ukraynanın Rusiya Federasiyası ərazisindəki hədəflərə beş təyyarə tipli pilotsuz uçan aparatdan istifadə etməklə hücum cəhdinin qarşısı alınıb”, - Rusiya Müdafiə Nazirliyi bildirib.

Xəbər Lenti