Cümə axşamı, 25 Dekabr, 2025
Tarix: 24 Dec 2025 22:37
İsrailin baş naziri Binyamin Netanyahu Qəzza zolağında qalan sonuncu girovun cəsədinin qaytarılması ilə bağlı danışıqlar aparmaq üçün Misirin paytaxtına nümayəndə heyəti göndərib.
APA xəbər verir ki, bu barədə İsrailin baş nazirinin ofisi məlumat verib.
"Baş nazir Netanyahunun göstərişi ilə Əsir və İtkin Düşmüş Şəxslər üzrə Koordinator, Briqada Generalı Qal Hirş bu səhər Qahirəyə uçub və orada vasitəçi ölkələrin yüksək vəzifəli rəsmiləri və nümayəndələri ilə görüşüb. Görüşlərdə mərhum girov Ran Qvilinin qaytarılması üçün aparılan əməliyyatın səyləri və təfərrüatları müzakirə olunub", - məlumatda bildirilir.