Cümə axşamı, 25 Dekabr, 2025
Tarix: 25 Dec 2025 00:32
“Biz inanırıq ki, Cənubi Qafqaz dünyanın oazislərindən birinə çevriləcək”.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan prezidenti Mixeil Kavelaşvili “İmedi” telekanalına müsahibəsində deyib.
O bildirib ki, qonşu ölkələr Gürcüstanın mövqeyini yaxşı anlayır və bu da yaxşı münasibətlərin qurulmasına töhfə verir.
“Biz bölgədə sülhü dəstəkləyirik. Bu sülh formatında bizim qonşu ölkələrlə iqtisadi və siyasi münasibətlərimiz tarazlaşdırılır”, - Kavelaşvili əlavə edib.
Cəmilə Babayeva