Kavelaşvili: Gürcüstan Aİ-dən üz döndərmir

Tarix: 25 Dec 2025 00:12

“Gürcüstan Avropa İttifaqına doğru irəliləməyi dayandırmır və bu yoldan üz döndərmir”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan prezidenti Mixeil Kavelaşvili “İmedi” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Gürcüstan hazırda Aİ-yə qoşulmaqdan çəkinəcək vəziyyətdə deyil.

“Avropa İttifaqı Gürcüstanın daha da güclənməsi üçün bir vasitə olub və olaraq qalır. Bizim üzvlüyə hazır olmaqla bağlı imkanlarımız və məqsədimiz var. Bu məsələdə bizim ənənələrimiz, milli maraqlarımız və ədalət hissi nəzərə alınmalıdır. Biz Avropada özümüzü bu perspektivdən görürdük”, - Kavelaşvili əlavə edib.

Dövlət başçısı qeyd edib ki, Gürcüstana Aİ-yə üzvlüyə namizəd ölkə statusunun niyə verilməməsi sualı bu günə qədər cavabsız qalıb.

Xatırladaq ki, Gürcüstan hökuməti ötən ilin noyabrında Aİ-yə üzvlüklə bağlı danışıqları 2028-ci ilədək gündəmə gətirməyəcəyini elan edib.

Cəmilə Babayeva

Xəbər Lenti