Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Tarix: 06 Jan 2024 11:34

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit havanın nə vaxtadək davam edəcəyi açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, yağıntılı və küləkli hava şəraiti yanvarın 6-sı günün ikinci yarısınadək davam edəcək.

Bildirilib ki, yanvarın 7-8-də hava şəraiti əsasən yağmursuz keçəcək.

Xəbər Lenti