Yaponiyada vəziyyət necədir?

Tarix: 06 Jan 2024 10:56

Yaponiyada artıq altı gündür davam edən zəlzələlər zamanı ölənlərin sayı artıb. 

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində həlak olanların sayı 110-a çatıb. 

Daha 516 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Bildirilir ki, Yaponiyada 2016-cı ildən bu yana ilk dəfə olaraq zəlzələ səbəbindən ölənlərin sayı 100-ü ötür. 

Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.

 

Xəbər Lenti