Çərşənbə, 28 Yanvar, 2026
Tarix: 06 Jan 2024 11:37
Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Livanda səfərdədir.
APA xəbər verir ki, bu barədə Aİ-nin top diplomatı "X" hesabında bildirib.
"Bu çətin zamanda dəstək ifadə etmək üçün Livana qayıtmağa şadam. Qəzza müharibəsinin Livan və bölgəyə təsiri ilə bağlı əhəmiyyətli görüşlərim olacaq. Regional gərginliyin qarşısını almaq, İsrail, Fələstin və regionda ədalətli və davamlı sülhə nail olmaq üçün şərait yaratmaq məqsədilə diplomatik səyləri inkişaf etdirmək prioritetimizdir", - Borrell qeyd edib.