Cümə axşamı, 25 Dekabr, 2025
Tarix: 25 Dec 2025 09:33
2024-cü il dekabrın 25-də Aktau şəhəri yaxınlığında Bakı–Qroznı reysini yerinə yetirən AZAL-a məxsus təyyarənin qəzaya uğramasının ildönümü ilə bağlı bu gün İkinci Fəxri xiyabanda ekipaj üzvlərinin məzarları ziyarət edilib.
APA xəbər verir ki, AZAL prezidenti Samir Rzayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, AZAL əməkdaşları, mərhumların ailə üzvləri İkinci Fəxri xiyabanda həyatlarını itirən Milli Qəhrəmanlar Hökümə Əliyeva, İqor Kşnyakin, Aleksandr Kalyaninovun məzarlarını ziyarət ediblər.
Qeyd edək ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən Embraer sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.
Emil İsmayılov AZAL qəza























