Cümə axşamı, 25 Dekabr, 2025
Tarix: 25 Dec 2025 09:11
Mərkəzi Bankın rəqəmsal valyutasının tətbiqi üzrə siyasət məqsədlərinin müəyyən edilməsi və müvafiq yol xəritəsinin hazırlanması üzərində işlər davam etdirilir.
“APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankın 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilib.
Bəyanatda qeyd edilib ki, bu işlərə prioritet istifadə istiqamətlərinin müəyyənləşdirilməsi, potensial risk və faydaların qiymətləndirilməsi, eləcə də maliyyə sektoru üzrə daha geniş strategiyaya uyğunlaşdırılmış mərhələli tətbiq planının hazırlanması daxildir.
Şükran Məmmədov Mərkəzi Bank rəqəmsal valyuta